Azərbaycana turist axını bu il 1,5 % artıb
Bunu Dövlət Turizm Agentliyinin sədrinin müşaviri Kənan Quluzadə deyib

Bu ilin yanvar-may aylarında Azərbaycana 979 963 nəfər turist gəlib.
Bunu Dövlət Turizm Agentliyinin sədrinin müşaviri Kənan Quluzadə jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, 5 ay ərzində ölkəyə turist axını 1,5 % artıb.
K. Quluzadə bildirib ki, təkcə may ayında ölkəyə 264 079 nəfər səyahətçi gəlib: "Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2 % artım deməkdir".