Azərbaycanda ağır qrip infeksiyası yayılıb
Öskürək və boğulma ilə müşayiət olunan qrip yüksək hərarətlə keçir
ATU-nun uşaq xəstəlikləri kafedrasının müdiri Nəsib Quliyev bildirib ki, tənəffüs yollarının infeksiyasına səbəb olan, öskürək və boğulma ilə müşayiət olunan qripin ştammları var.
“Bunlar respirator sinsitial viruslar (RS virusları) adlanan viruslardır. Xəstəlik adətən Kəskin Respirator Virus İnfeksiyası (KRVİ) üçün xarakterik əlamətlərlə başlayır – burun axması, burun tutulması, qızdırma, bir neçə gündən sonra öskürək, hırıltı, nəfəs darlığı, iştahanın azalması".
N.Quliyev bildirib ki, RS virusuna yoluxmuş şəxslərdə xəstəliyin gedişi boğulma tutmaları ilə müşayiət olunur, ona görə də xəstələr daha çox boğulma ilə müşayiət olunan öskürək və koronavirusa oxşar simptomlardan şikayət edirlər.