"Azərbaycan Dəmir Yolları" QSC (ADY) 2026-cı ilin yanvar-avqust aylarında 12 milyon tondan çox yük daşıyıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 9% çoxdur.
ADY-dən verilən məlumata görə, qeyd olunan dövrdə tranzit daşımaları 5 milyon tona çataraq keçən ilin göstəricisini 12% üstələyib.
Məlumata görə, tranzit yükdaşımalarda Şərq-Qərb dəhlizi üzrə 17%, Şimal-Cənub istiqaməti üzrə isə 24% artım qeydə alınıb.
"Ötən il və bu ilin avqust ayları üzrə ümumi yükdaşıma həcmi 32%, tranzit daşımalar isə 40% artıb", - məlumatda qeyd olunur.
1 dəqiqədən az