XƏBƏRLƏR / Maliyyə

Azərbaycanda gələn il də manatın məzənnəsi sabit qalacaq

Bu barədə Maliyyə Nazirliyi xəbər verir

Azərbaycanda gələn il də manatın məzənnəsi sabit qalacaq
  • Oxuma müddəti:

    1 dəqiqə

  • 2027-ci ildə də Azərbaycanda ABŞ dollarının məzənnəsinin 1,7 manat səviyyəsində qalması proqnozlaşdırılır.

    Bu barədə Maliyyə Nazirliyi xəbər verir.

    Qeyd edək ki, Azərbaycan Respublikasının “2027-ci ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair Açıqlama” sənədi hazırlanaraq Maliyyə Nazirliyinin rəsmi internet səhifəsində yerləşdirilir.

    Maliyyə Nazirliyindən bildirilib ki, sənəd növbəti il və ortamüddətli dövr üzrə makroiqtisadi proqnozları, büdcə siyasətinin əsas istiqamət və hədəflərini, prioritet xərc istiqamətlərini, icmal və dövlət büdcələrinin layihələrinin ilkin parametrlərinə dair Azərbaycan Respublikası Maliyyə Nazirliyinin baxışlarını əks etdirir.

    Büdcə prosesinin növbəti mərhələlərində - 2027-ci il üçün dövlət büdcəsi haqqında qanun layihəsi Milli Məclisin müzakirəsinə təqdim edilənədək qeyd olunan parametrlərə dəyişikliklərin edilməsi mümkündür.