Azərbaycanda avtomobillərin sayı 82 min ədəd artıb.
Dövlət Statistika Komitəsindən bildirilib ki, 2023-cü ildə Azərbaycanda 1.5 milyondan çox avtomobil olub.
2022-ci ildə bu rəqəm 1.4 milyondan bir qədər artıq olub. Son 5 ildə isə avtomobillərin sayında 330 min çox artım müşahidə edilib.
Statistikaya görə, ölkəmizdə ən məşhur avtomobil brendi “Mercedes”dir. Ötən ilin sonuna olan məlumata görə, Azərbaycanda bu model avtomobillərin sayı 216 mindən çox olub.
Sovet/Rusiya istehsalı maşınların sayı da hələ də üstünlük təşkil edir. Belə ki, ölkəmizdə 200 minə yaxın Vaz-2101, 03-06 model avtomobil mövcuddur. Vaz-2105, 2107 və modifikasiyalarının sayı isə 126 551 ədəddir.
Azərbaycanda “Hyundai” (126056 ədəd), “Toyota” (104605) , KİA (84258), “Opel” (71955) model maşınların da sayı diqqətəlayiqdir.
Statistikada diqqət çəkən digər bir məqam Azərbaycanda Çin istehsalı maşınların sayının artması ilə bağlıdır. 2023-cü ildə Çin istehsalı olan bəzi model avtomobillərin sayı aşağıdakı kimi olub:
“Changan” - 4 864 ədəd
“CHERY” - 2853 ədəd
“Haval” – 2097 ədəd
“Geely” – 2054 ədəd
“BYD” - 1011 ədəd
Baic – 1456 ədəd
ABŞ istehsalı “Tesla” elektromobillərinin sayında isə 2.5 dəfə artıb. 2022-ci ildə ölkədə 99 ədəd bu maşından olduğu halda ötən il sayı 244 olub.
Azərbaycandakı bahalı hesab edilən maşınların sayına gəlincə, DSK-nın təqdim etiyi məlumata görə, Azərbaycanda 66 ədəd “Rolls Roys”, 356 ədəd “Bentley”, 202 ədəd “Lincoln”, 267 ədəd “Alfa Romeo” var.
Digər minik avtomobillərinin markalarına görə bölgüsü aşağıdakı kimidir:
Audi |
6 431 |
Azsamand |
3 392 |
Cadillac |
454 |
Daewoo |
10 778 |
GAZ-24 və modif. |
25 981 |
Gaz-31 və modif. |
20 396 |
GAZ M-20 Pobeda və modif. |
200 |
GAZ M-21 Volqa və modif. |
4 392 |
Hummer |
350 |
Honda |
11 238 |
Infiniti |
2 406 |
Jaguar |
389 |
Jeep |
3 914 |
Khazar |
7 313 |
Lexus |
12 546 |
Maserati |
178 |
Mitsubishi |
22 514 |
Moskviç və modif. |
24 942 |
NAZ Lifan |
5 733 |
Nissan |
44 485 |
Tofaş |
6 155 |
Uaz-469 və modif. |
2 401 |
Vaz-2102, 2104 və modif. |
14 905 |
Vaz-2108, 2109 və modif. |
24 511 |
Vaz-2121 və modif. |
35 259 |
Volkswagen |
25 078 |
Volvo |
1 631 |
Zaporojets və modif. |
6 020 |