Azərbaycanda internet bankçılıq vasitəsilə ödənişlər artıb
Bu barədə Bakıda keçirilən "Fintech Summit"də məlumat verilib
Azərbaycanda internet bankçılıq vasitəsilə ödənişlər 59 milyard manatı ötüb.
Bunu Bakıda keçirilən "Fintech Summit"də Mərkəzi Bankın sədrinin birinci müavini Rəşad Orucov deyib.
“Bankların təqdim etdiyi elektron ödəniş sistemlərində artım müşahidə edilir. Ötən ilin müvafiq dövrü ilə müqayisədə 2024-cü ilin birinci rübündə internet bankçılıq ödənişləri 18 faiz artaraq, 59 milyard manatı ötüb, mobil bankçılıqla edilən ödənişlər isə 15 milyard manatı ötüb”, - deyə o bildirib.
Onun sözlərinə görə, eyni zamanda, nağdsız ödənişlərdə də artım müşahidə edilir.
“1 aprel üçün ölkədə ödəniş kartlarının sayı 22 faiz artaraq, 17,4 milyon ədədə çatıb. Ölkədaxili ödənişlərin həcmi 80 faiz artıb və 16 milyard manatı keçib”, - deyə o bildirib.