Azərbaycanda iş və bayram günlərinin vaxtı dəyişdirilib
Nazirlər Kabinetinin qərarı
Azərbaycan Nazirlər Kabineti iyunun sonunda ölkədə iş və bayram günlərinin vaxtını dəyişdirib:
- 24-25 iyun (şənbə-bazar) ölkə ərazisində iş günü olacaq;
- 27 və 30 iyun tarixləri qeyri-iş günü elan edilib.
Azərbaycanda 26 iyun Silahlı Qüvvələr günü, 28-29 iyun isə Qurban bayramıdır.
Bununla bağlı 19-25 iyun iş günü, 26 iyun-2 iyul tarixləri isə qeyri-iş günü hesab olunacaq.