XƏBƏRLƏR / Din

Azərbaycanda Məhərrəm ayı başlayıb

Bu ay İmam Hüseynin (ə) və onunla birlikdə Kərbəlada şəhid olanların anım ayı kimi qeyd olunur

Azərbaycanda Məhərrəm ayı başlayıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Bu gündən - iyunun 26-dan Azərbaycanda Məhərrəm ayı başlayıb.

    İslam aləmində xüsusi əhəmiyyətə malik olan bu ay hicri-qəməri təqvimin ilk ayıdır və İmam Hüseynin (ə) və onunla birlikdə Kərbəlada şəhid olanların anım ayı kimi qeyd olunur.

    Məhərrəm ayının ən önəmli günü hesab edilən Aşura günü isə iyulun 5-nə təsadüf edəcək. Həmin gün hicri təqvimi ilə 10 Məhərrəm - İmam Hüseynin (ə) Kərbəla çölündə şəhadətə çatdığı gündür, matəm və hüzn içində yad edilir.

    Qeyd edək ki, 2025-ci ildə Məhərrəm ayı iyulun 25-də başa çatacaq.