XƏBƏRLƏR / İctimaiyyət

Azərbaycanda mina qurbanlarının sayı 443 nəfərə çatıb

Bu barədə Xarici İşlər Nazirliyinin “X” hesabında bildirilib

Azərbaycanda mina qurbanlarının sayı 443 nəfərə çatıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Cəbrayıl rayonunda ata və oğlu mina partlayışı nəticəsində ağır xəsarət alıb.

    Bu barədə Xarici İşlər Nazirliyinin “X” hesabında bildirilib.

    Qeyd edilib ki, hadisə nəticəsində 2020-ci il müharibəsinin başa çatmasından sonra Azərbaycanda mina qurbanlarının sayı 443 nəfərə çatıb.

    “Hadisə minaların yaratdığı ölümcül və ayrı-seçici təhlükəni bir daha nümayiş etdirir. Minalar hələ də günahsız insanların həyatına son qoyur və ağır xəsarətlərə səbəb olur”, - məlumatda deyilir.

    Azərbaycan minaların yaratdığı davamlı təhlükəni pisləyib və ölkədə minatəmizləmə fəaliyyətinə beynəlxalq diqqətin artırılmasına çağırıb.