Azərbaycanda minimum əməkhaqqı və pensiya artırıldı
İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb

Minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilib.
Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Nazirlər Kabinet dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin aylıq tarif (vəzifə) maaşlarının məbləğlərinin bir ay müddətində bu sərəncama uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.
Bundan əlavə, Nazirlər Kabinetinə minimum əmək pensiyasının 2025-ci il fevralın 1-dən 320 manata çatdırılması ilə bağlı təkliflərini bir ay müddətində Azərbaycan Prezidentinə təqdim etmək tapşırılıb.
Nazirlər Kabinetinə, həmçinin üç ay müddətində sosial müavinətlərin və pensiyaların məbləğinin artırılması ilə bağlı təkliflərini Azərbaycan Prezidentinə təqdim etmək tapşırılıb.
Qeyd edək ki, minimum əmək haqqı 2023-cü il yanvarın 1-dən 345 manat, minimum pensiya 280 manatdır.