Azərbaycanda narkotik cinayətləri artıb
Bu barədə Narkomanlığa və Narkotik vasitələrinin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə Üzrə Dövlət Komissiyasının hesabatında deyilir
2021-ci ilin 11 ayı ilə müqayisədə cari ilin müvafiq dövrü ərzində narkotik cinayətlərinin sayı artıb. Bu barədə Narkomanlığa və Narkotik vasitələrinin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə Üzrə Dövlət Komissiyasının yaydığı hesabatda bildirilib.
Belə ki, ötən illə müqayisədə bu il narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı hüquq mühafizə orqanları tərəfindən aşkar edilən faktların ümumi sayı 2186, o cümlədən qanunsuz satış ilə bağlı faktların sayı 301, satış məqsədi olmadan qanunsuz əldə edilib saxlanılması ilə əlaqədar faktların sayı 1872, narkotik xassəli bitkilərin qanunsuz kultivasiya edilməsi ilə bağlı faktların sayı 19 fakt, qaçaqmalçılıqla bağlı cinayətlərin sayı 36 fakt, məsuliyyətə cəlb edilmiş şəxslərin sayı 1873 nəfər artıb.
Bununla yanaşı, qanunsuz dövriyyədən çıxarılmış narkotiklərin çəkisi 861 kq 969,079 qr, qrup halında olan cinayətlərin sayı 32 fakt, bu kateqoriyadan olan digər cinayətlərin sayı 6 fakt azalıb.