Azərbaycanda yanvar ayı ərzində koronavirusdan 21 nəfər ölüb
Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat verir
Yanvarda Azərbaycanda 21 nəfər koronavirusa yoluxub.
Azərbaycan Nazirlər Kabineti yanında Operativ Qərargah 2024-cü ilin yanvar ayı üçün ölkədə koronavirus (COVID-19) infeksiyasına yoluxmuş və peyvənd olunmuş şəxslərlə bağlı məlumat yayıb.
Operativ Qərargahın məlumatına görə, 31 dekabr 2023-cü il tarixindən 31 yanvar 2024-cü il tarixədək 325 yeni yoluxma faktı aşkar edilib, 217 nəfər müalicə olunaraq sağalıb, 21 nəfər vəfat edib.
Ümumilikdə, pandemiya başlayandan Azərbaycanda 834 630 yoluxma faktı müəyyən edilib, onlardan 824 089 nəfər müalicə olunaraq sağalıb, 10 400 nəfər vəfat edib, hazırda 141 nəfər aktiv xəstədir.
Ay ərzində 14 333, pandemiyanın başlandığı gündən ümumilikdə 7 748 050 test aparılıb, yanvar ayı ərzində 281 nəfər peyvənd olunub.
Azərbaycanda bu günə qədər ümumilikdə 13 970 733 doza vaksin vurulub.