XƏBƏRLƏR / Yükdaşıma

Azərbaycandan tranzit olmaqla Ermənistana buğda göndəriləcək

Bu ölkəyə 7 vaqondan ibarət, ümumi çəkisi 490 ton olan buğda tədarük olunacaq

Azərbaycandan tranzit olmaqla Ermənistana buğda göndəriləcək
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Bu gün Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək.

    Bu ölkəyə 7 vaqondan ibarət, ümumi çəkisi 490 ton olan buğda tədarük olunacaq.

    Qatar saat 15:00-da "Azərbaycan Dəmir Yolları" QSC-nin Biləcəri stansiyasından yola düşəcək, Böyük Kəsik stansiyasından Gürcüstana keçəcək, oradan isə Ermənistan istiqamətində hərəkət edəcək.