Azərbaycanın Baş naziri Əli Əsədov Qazaxıstanda səfərdədir
Səfər Qazaxıstanın Baş naziri Oljas Bektenovun dəvəti ilə həyata keçirilir

Azərbaycanın Baş naziri Əli Əsədov Qazaxıstanın Baş naziri Oljas Bektenovun dəvəti ilə yanvarın 30-da Almatı şəhərinə səfərə gəlib.
Səfər çərçivəsində Azərbaycanın Baş naziri “Digital Almatı 2025” beynəlxalq rəqəmsal forumunda çıxış edəcək və Avrasiya Hökumətlərarası Şurasının iclasında qonaq qismində iştirak edəcək.