Azərbaycanın bəzi rayonlarında yollar buz bağlayacaq
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən bildiriblər
Azərbaycanda avtomobil yollarındakı vəziyyət açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən bildiriblər ki, martın 4-də gecə və səhər saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda dumanlı hava şəraiti ilə əlaqədar olaraq avtomobil magistral yollarında görünüş məsafəsinin 200-800 metrədək məhdudlaşacağı ehtimalı var.
Eyni zamanda, gecə və səhər saatlarında bəzi dağlıq rayonlarda yolların buz bağlayacağı gözlənilir.