XƏBƏRLƏR / İctimaiyyət

Azərbaycanın böyük dostu Tomas Qolts vəfat edib

İlham Əliyev jurnalistin vəfatı ilə əlaqədar ailəsinə başsağlığı verib

Azərbaycanın böyük dostu Tomas Qolts vəfat edib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Amerikalı ekspert, müstəqil jurnalist və Azərbaycanın böyük dostu Tomas Qolts vəfat edib.

    “Azərbaycan Gündəliyi”ni yazan və erməni işğalını təsvir edən, Azərbaycan neftinin ilk barrelini Ceyhana gətirən, Heydər Əliyevi Naxçıvanda ziyarət edərək Azərbaycanı qlobal xəritəyə salan əfsanəvi Tomas Qolts bu gün vəfat edib”, - ADA Universitetinin prorektoru Fariz İsmayılzadə məlumat verib.

    Jurnalist 69 yaşında dünyasını dəyişib.

    Qolts Xocalıya səfər edən və orada azərbaycanlılara qarşı törədilmiş soyqırımı haqqında yazan ilk xarici jurnalistlərdən biridir.

    Prezident İlham Əliyev tanınmış amerikalı jurnalist, yazıçı, publisist Tomas Qoltsun vəfatı ilə əlaqədar ailəsinə başsağlığı verib.

    Bu barədə dövlət başçısının rəsmi saytı məlumat yayıb.

    Allah rəhmət eləsin!