Azərbaycanın Ermənistanı faşizmdən təmizləmək hüququ var
Bu fikri Kahramanmaraş Universitetinin professoru Toğrul İsmayıl səsləndirib
Kahramanmaraş Universitetinin Siyasi Elmlər və Beynəlxalq Münasibətlər kafedrasının müdiri, professor Toğrul İsmayıl hesab edir ki, Azərbaycanın antiterror əməliyyatı keçirmək və Ermənistanı faşizmdən təmizləmək tam hüququ var.
O, bəyan edib ki, Azərbaycan Prezidenti Ermənistanda faşizm və revanşizmin təzahürlərinə dəqiq tərif verib.
“İrəvan militarist əhval-ruhiyyədən, eləcə də işğal xarakterli digər niyyət və ideyalardan əl çəkməlidir. Ermənistan bütün regionda dövlətlərin sülh şəraitində yaşaması üçün şəraitin yaradılmasına kömək etməlidir”.
Ekspertin fikrincə, əgər erməni tərəfi faşist və revanşist istəklərini nümayiş etdirməkdə davam edərsə, o zaman “təbii ki, Azərbaycanın müstəqil dövlət kimi beynəlxalq hüququn prinsip və normalarına əsaslanaraq öz təhlükəsizliyini təmin etmək, yəni antiterror əməliyyatı keçirmək hüququ var”.
“Ermənistan Azərbaycana hücum etmək qərarına gələrsə, Ermənistan rəhbərliyi bunu edə bilməsə, Azərbaycan tərəfinin Ermənistanı özünü faşistlərdən təmizləməyə tam haqqı var”, - politoloq vurğulayıb.
Ekspert, eyni zamanda, təəssüflə qeyd edib ki, erməni siyasətçi olmaq istəyənlər həmişə öz xalqını uçuruma aparır və indiki oxşar hisslər də, ilk növbədə, erməni xalqı üçün təhlükədir.
“Hər bir normal dövlət kimi Azərbaycanın da başqa ölkələrə qarşı ərazi iddiası yoxdur, öz ərazi bütövlüyünü təmin edib, torpaqlarını terrorçulardan və işğalçılardan azad edib, ona görə də söhbət ancaq regionda sülh gündəliyinin hazırlanmasından gedir. Azərbaycan üçün problem odur ki, minalanmış sahə hələ də mövcuddur. Təəssüf ki, Ermənistan tərəfindən də bəzi pozuntular - sərhəddə silahlı təxribatlar müşahidə olunur. Amma Azərbaycanın öz təhlükəsizliyini təmin etmək üçün kifayət qədər gücü, imkanları və potensialı var”, - deyə Toğrul İsmayıl əmin edib.