Azərbaycanın ilkin etirazları əsasında dinləmələr başa çatıb
Bu barədə Beynəlxalq Ədalət Məhkəməsinin press-relizində məlumat verilib
Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanın qaldırdığı ilkin etirazlar əsasında dinləmələr başa çatıb.
Bu barədə məhkəmənin press-relizində məlumat verilib.
Bildirilib ki, aprelin 15-də başlamış ictimai dinləmələr zamanı Azərbaycan nümayəndə heyətinə xarici işlər nazirinin müavini Elnur Məmmədov, Ermənistan nümayəndə heyətinə isə Ermənistanın Beynəlxalq Hüquqi Məsələlər üzrə nümayəndəsi Yeğişe Kirakosyan təmsil edib.
Bildirilib ki, məhkəmə indi öz müşavirəsinə başlayacaq. İlkin etirazlarla bağlı məhkəmənin qərarının tarixi daha sonra bəyan ediləcək açıq iclasda elan ediləcəyi qeyd olunub.