Azərbaycanın Livandakı səfirliyi təxliyə edilib?
XİN mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə məsələyə aydınlıq gətirib
Azərbaycanın Xarici İşlər Nazirliyi təhlükəsizlik məqsədilə ölkənin Livandakı səfirliyinin boşaldılması ilə bağlı yayılan xəbərlərə cavab verib.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə bildirib ki, Azərbaycanın Livandakı səfirliyi fəaliyyətini davam etdirir. “Livandakı səfirliyimiz fəaliyyətini davam etdirir, səfirliyin əməkdaşları qismən təxliyə edilib”, - deyə o vurğulayıb.