XƏBƏRLƏR / İctimaiyyət

Azərbaycanın Milli Qəhrəmanı vəfat etdi

Şahin Tağıyev bir müddət əvvəl ağır xəstəlik səbəbindən müalicə alırdı

Azərbaycanın Milli Qəhrəmanı vəfat etdi
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Azərbaycan Respublikasının Milli Qəhrəmanı Şahin Tağıyev uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.

    Məlumata görə, Ş.Tağıyev son illər İsveçin Malmö şəhərində yaşayırdı.

    Bildirilir ki, Şahin Tağıyev bir müddət əvvəl ağır xəstəlik səbəbindən müalicə alırdı və son günlər vəziyyəti kəskin pisləşmişdi.

    Yaxınlarının verdiyi məlumata görə, onun nəşi İsveçin Malmö şəhərindən Bakıya gətiriləcək. 

    Qeyd edək ki, Şahin Tağıyev 1988-ci ildən milli azadlıq hərəkatının fəal iştirakçısı olub. Dağlıq Qarabağ münaqişəsinin başlanması ilə döyüşlərdə iştirak etməyə başlayıb, Tərtər, Seysulan, Yarımca, Levonarx bölgələrindəki döyüşlərdə iştirak edib. "Qurtuluş" batalyonunda vuruşan Şahin bir müddət sonra bu batalyonun komandiri təyin edilib.

    1993-cü ilin martında döyüşlərin birində ağır yaralanıb, hospitalda uzunmüddətli müalicədən sonra polkovnik–leytenant rütbəsində Ordudan tərxis olunub.

    Azərbaycan Respublikası Prezidentinin 23 iyun 1992-ci il tarixli 6 saylı fərmanı ilə Tağıyev Şahin Talıb oğlu "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb..