XƏBƏRLƏR / Hərbi

Azərbaycanın müdafiə naziri Türkiyədə səfərdədir

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb

Azərbaycanın müdafiə naziri Türkiyədə səfərdədir
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının milli müdafiə naziri cənab Yaşar Gülərin dəvəti ilə qardaş ölkəyə işgüzar səfər edib.

    General-polkovnik Z.Həsənov 30 Avqust - Türkiyənin Zəfər Bayramı münasibətilə keçiriləcək silsilə tədbirlərdə iştirak edəcək.

    Səfər çərçivəsində, həmçinin müdafiə nazirinin Türkiyə Respublikası Milli Müdafiə Universitetinin tabeliyindəki xüsusi təyinatlı təhsil müəssisələrində keçirilən buraxılış mərasimlərində iştirakı da planlaşdırılıb.