Azərbaycanın qızıl ixracından gəlirləri xeyli artıb
Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi xəbər verir

Ötən il Azərbaycan 165,3 mln. ABŞ dolları dəyərində qızıl ixrac edib, bu da illik müqayisədə 36% çoxdur.
Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) hazırladığı “İxrac icmalı”nın noyabr sayına istinadən xəbər verir.
Məlumata görə, 2023-ci ildə qızıl ixracının ümumi dəyəri 121,5 mln. dollar təşkil edib.
Bildirilir ki, bu ötən ilin dekabrında Azərbaycandan 19,5mln. dollarlıq qızıl ixrac olunub, bu da illik müqayisədə 44,4 çoxdur.