XƏBƏRLƏR / Müttəfiq

Azərbaycanın səfiri Türkiyənin müdafiə naziri ilə görüşüb

Bu barədə azərbaycanlı diplomat məlumat verib

Azərbaycanın səfiri Türkiyənin müdafiə naziri ilə görüşüb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Türkiyənin milli müdafiə naziri Yaşar Gülər Azərbaycanın Ankaradakı yeni səfiri Rəşad Aslanovla görüşüb.

    Bu barədə azərbaycanlı diplomat "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.

    "Bu gün Türkiyənin milli müdafiə naziri Yaşar Güləri ziyarət etməkdən və onunla səmərəli fikir mübadiləsi aparmaqdan çox məmnun oldum. Səmimi qəbula və qonaqpərvərliyə görə cənab nazirə dərin minnətdarlığımı bildirirəm", - R.Aslanov yazıb.