Azərbaycanın su ehtiyatları 15 faizədək azalıb
Bunu Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Əkbər Əsgərov deyib
İqlim dəyişiklikləri dünya ictimaiyyətini ciddi narahat edir.
Bu sözləri ADA Universitetində keçirilən İqlim-Su Zirvəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Əkbər Əsgərov deyib.
O, iqlim dəyişmələrinin su ehtiyatlarına olduqca mənfi təsir etdiyinə diqqət çəkib: “Ölkədə su obyektləri üzərində müşahidələr aparılır. Biz qlobal istiləşmənin bu sahədə yaratdığı fəsadların şahidi oluruq. Məhz bu səbəbdən, Azərbaycanın su ehtiyyatlarında 15 faizə qədər azalma var”.
Ə.Əsgərov bu il COP29-un Azərbaycanda keçirilməsini mühim hadisə kimi dəyərləndirib: “COP29-da yaşıl planet və sağlam gələcək naminə üzləşə biləcəyimiz problemləri idarə etmək üçün geniş müzakirələr aparılacaq”.