Azərbaycanın xüsusi təyinatlıları Qazaxıstanda təlimdə
Müdafiə Nazirliyi xəbər verir
"Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Qazaxıstan Respublikası Müdafiə Nazirliyi arasında 2024-cü il üçün ikitərəfli hərbi əməkdaşlıq planı"na əsasən Qazaxıstanda "Sonsuz qardaşlıq - III" çoxmillətli birgə xüsusi təyinatlı qüvvələr təlimi keçirilir.
Azərbaycan Ordusunun xüsusi təyinatlıları təlimdə iştirak etmək üçün Qazaxıstanda səfərdədir.
Türküstan vilayətində yerləşən Orda poliqonunda keçirilən təlim sentyabrın 19-dək davam edəcək.