XƏBƏRLƏR / Hərbi

Azərbaycan, Türkiyə və Gürcüstan birgə hərbi təlim keçirir

Bakıda “Eternity-2023” kompüter dəstəyi ilə komanda-qərargah təlimləri keçirilib

Azərbaycan, Türkiyə və Gürcüstan birgə hərbi təlim keçirir
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycan, Türkiyə və Gürcüstanın hərbi qulluqçularının, eləcə də aidiyyəti dövlət strukturlarının nümayəndələrinin iştirakı ilə Bakıda “Eternity-2023” (Əbədiyyət-2023) kompüter dəstəyi ilə komanda-qərargah təlimləri keçirilib.

    Milli Müdafiə Universitetinin Hərbi İdarəetmə İnstitutunun Hərbi Oyunlar Mərkəzində keçirilən təlimlərdə strateji əhəmiyyətli regional iqtisadi layihələrin mühafizəsinin təşkili üzrə tapşırıqlar yerinə yetirilib.

    Bildirilib ki, beynəlxalq təlimlərin əsas məqsədi üç ölkənin silahlı qüvvələri arasında qarşılıqlı əməkdaşlığı gücləndirmək və qarşılıqlı fəaliyyəti təmin etmək olub.