“Azeri Light” bahalaşıb
Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,13% artıb
Dünya bazarında “Azeri Light” (CIF) markalı neftin qiyməti növbəti dəfə artıb. Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,11 ABŞ dolları və ya 0,13% artaraq 85,12 dollar təşkil edib.
Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.