XƏBƏRLƏR / Neft və Qaz

“Azeri Light” bir az da ucuzlaşdı

Azərbaycan neftinin 1 bareli 0.80% azalıb

“Azeri Light” bir az da ucuzlaşdı
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Dünya bazarlarında “Azeri Light” (CIF)  markalı Azərbaycan nefti ucuzlaşıb.

    Azərbaycan neftinin 1 bareli üzrə qiyməti ötən günlə müqayisədə 0.81 dollar və ya 0.80% azalaraq 99.97 ABŞ dolları təşkil edib.

    Qeyd edək ki, ötən gün neftimiz 100.78 ABŞ dollarına ticarət edilib.

    Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, maksimal qiyməti isə 2008-ci ilin iyulunda 149,66 ABŞ dollar qeydə alınıb.