“Azeri Light”ın qiyməti 85 dollara çatır
Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,94% artıb
Dünya bazarlarında "Azeri Light" (CIF) markalı neft bahalaşıb.
Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,61 ABŞ dolları və ya 1,94% artaraq, 84,43 dollar təşkil edib.
Xatırladaq ki, "Azeri LT CIF" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, maksimal qiyməti isə 2008-ci ilin iyulunda 149,66 ABŞ dolları olub.