XƏBƏRLƏR / Neft və Qaz

"Azeri Light"neftinin qiyməti 127 dolları ötüb

Məlumat dünya bazarlarından verilib

"Azeri Light"neftinin qiyməti 127 dolları ötüb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşıb.

    Azərbaycan neftinin 1 barelə olan qiyməti 7,27 dollar və ya 6,06% artaraq 127,29 ABŞ dolları olub.

        Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 120,02 ABŞ dolları təşkil edib.

        Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.