XƏBƏRLƏR / İctimaiyyət

"Azərikard"ın kart hesablarındakı problemlə bağlı açıqlaması

Azərikard Prosessinq Mərkəzi xəbər vaerir

"Azərikard"ın kart hesablarındakı problemlə bağlı açıqlaması
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərikard Prosessinq Mərkəzi iyunun 24-də xidmət göstərdiyi bəzi bankların müştərilərinin kart hesablarında yaranmış problemlə bağlı açıqlama verib.

    Mərkəzin məlumatına görə, problem banklararası hesablaşma fayllarının emalı zamanı "Azərikard"dan asılı olmayan texniki səbəbdən yaranmış təkrarlanmalarla əlaqədar baş verib.

    Bildirilib ki, təkrarlanmış əməliyyatların ləğvi prosesi həyata keçirilir və kart hesabları mərhələli şəkildə bərpa olunur.

    "Məsələ yaxın zamanlarda tam həllini tapacaq", - deyə açıqlamada qeyd olunub.