"Bağırov" körpüsünün tuneli nəqliyyat üçün açıldı
FHN: Tuneldə suçəkmə işləri başa çatıb, yol açılıb

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti, "Bağırov" körpüsü ərazisində, tuneldə aparılan suçəkmə əməliyyatı başa çatdırılıb.
Bu barədə FHN-dən bildirilib.
Digər ərazilərdə həyata keçirilən müvafiq zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən isə bildirilib ki, Nizami rayonu, Heydər Əliyev prospekti, "Bağırov" tunelinə yağış sularının yığılması səbəbindən hər iki istiqamət ürzə nəqliyyatın hərəkətinə qoyulan məhdudiyyət tam aradan qaldırılıb.