XƏBƏRLƏR / COP29

Baham adalarının Baş naziri Azərbaycana səfərə gəlib

Qonağı Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev qarşılayıb

Baham adalarının Baş naziri Azərbaycana səfərə gəlib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Baham adalarının Baş naziri Filip Davis noyabrın 9-da BMT-nin İqlim Dəyişikliyi üzrə çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə Azərbaycana səfərə gəlib.

    Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev və digər rəsmi şəxslər qarşılayıblar.