Bakı limanında Rusiyanın hərbi gəmisi görünüb FOTO
“Volqodonsk” kiçik artilleriya gəmisi cümə axşamı Bakı limanına təchizatları artırmaq məqsədi ilə giriş edib
Rusiya Hərbi Dəniz Qüvvələrinin Xəzər flotiliyasının “Volqodonsk” kiçik artilleriya gəmisi cümə axşamı Bakı limanına giriş edib.
“Dost girişi təchizatları artırmaq məqsədi güdür. Cümə günü Xəzər flotiliyasının daha bir gəmisi olan “Anatoli Qujvin” kiçik hidroqrafik gəmisinin eyni məqsədlə Bakı limanına gəlməsi gözlənilir”, - deyə Rusiyanın Azərbaycandakı səfirliyindən bildiriblər.
Gəmilər iyunun 30-dək Azərbaycanın paytaxtında qalacaq, diplomatik nümayəndəlik əlavə edib.
Maraqlıdır ki, Rusiyanın hərbi gəmiləri Azərbaycana ABŞ Dövlət Departamenti rəhbərinin köməkçisi O'Brayanla eyni gündə təşrif buyurublar.