Bakı limanında yeni yük qovşağı yaradılır
Azərbaycan, Qazaxıstan və Çin intermodal yük terminalının tikintisi üzrə birgə müəssisə yaradıblar
Azərbaycan, Qazaxıstan və Çin Bakı limanında yeni intermodal yük terminalının tikintisi üzrə birgə müəssisə yaradıblar.
Müqaviləni “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin baş direktoru Taleh Ziyadov, “Qazaxıstan Dəmir Yolları” SC-nin İdarə Heyətinin sədri Nurlan Sauranbayev və “Xi'an Free Trade Port Construction and Operation Co Ltd” şirkətinin baş direktoru Yuan Xiaojun imzalayıblar.
Layihə çərçivəsində Ələt qəsəbəsinin Bakı limanında 40 hektar sahədə intermodal yük terminalının yaradılması və infrastrukturunun inkişafı planlaşdırılır.