XƏBƏRLƏR / İdman

“Bakı Marafonu-2023”ün qalibləri müəyyənləşib

Kişilər arasında da ukraynalı, qadınların mübarizəsində də ukraynalı birinci olub

“Bakı Marafonu-2023”ün qalibləri müəyyənləşib
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı Marafonu-2023”ün qalibləri müəyyənləşib.

    “Küləyə qalib gəl” şüarı altında keçirilən Bakı marafonunda kişilər arasında ukraynalı Boqdan Simonoviç qalib gəlib. İkinci yeri gürcüstanlı David Karataşvili, üçüncü pilləni türkiyəli Çoban Arkan tutub.

    Qadınların mübarizəsində ukraynalı Natalya Simonoviç birinci olub. Türkiyəli Hasibe Demir marafonu ikinci, digər ukraynalı atlet Valentina Poltavska üçüncü pillədə başa vurublar.

    Kişi və qadın kateqoriyalarının hər birində 1-ci yerin qalibi 3 000 AZN, 2-ci yerin qalibi 2 000 AZN, 3-cü yerin qalibi isə 1 000 AZN məbləğində mükafat və hədiyyələrlə, eləcə də medal və sertifikatlarla təltif olunub.

    Yarışın start nöqtəsi ilə yanaşı, finişi də Dövlət Bayrağı Meydanı olub və 21 kilometrlik məsafəni əhatə edib. 2016-cı ildən təşkil olunan Bakı marafonu idmanın inkişafına dəstək göstərmək, sağlam həyat tərzini təbliğ etmək məqsədi daşıyır.