XƏBƏRLƏR / Nəqliyyat

Bakı metrosunda yüksək gərginliyin verilməsi bərpa edilib

YENİLƏNİB

Bakı metrosunda yüksək gərginliyin verilməsi bərpa edilib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • “Nərimanov” elektrik deposu xətlərinə yüksək gərginliyin verilməsi tam bərpa olunub. Qatarların xəttə daxil olması prosesi artıq başlanıb.

    Metropolitendən bildirilib ki, baş vermiş qısa fasilə səbəbindən hazırda qatarlararası intervalda müəyyən gecikmələr müşahidə olunur.

    Qrafikə uyğun fəaliyyətin bərpa olunması üçün zəruri tədbirlər görülür və yaxın zamanda hərəkət tam normallaşdırılacaq.

    ***

    07:25

    “Nərimanov” elektrik deposunun yol sahələrində yüksək gərginliyin verilməsində yaranan qısamüddətli fasilə səbəbindən Qırmızı və Yaşıl xətlərdə qatarların hərəkəti intervalında gecikmələr var.

    "Bakı Metropoliteni" QSC-dən bildirilib ki, “Bakmil” stansiyasının fəaliyyəti məhdudlaşdırılıb. Texniki xidmətlər müvafiq enerji təminatının bərpası üçün operativ iş aparır.