Təxirə salınan reyslərin sərnişinləri Naxçıvana çatdırılıb
AZAL xəbər verir YENİLƏNİB
07:54
“Azərbaycan Hava Yolları” aviaşirkətinin təxirə salınan reyslərinin sərnişinləri Naxçıvana çatdırılıb.
Bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, sərnişinlər aktual məlumatları aviaşirkətin sosial şəbəkələrdəki rəsmi səhifələri, callcenter@azal.az elektron ünvanı və ya +994(55) 204 65 54.Xatırladaq ki, Azərbaycan Hava Yollarının (AZAL) Bakı-Naxçıvan marşrutu üzrə planlaşdırılan J2-251, J2-255 və J2-265 nömrəli reyslərinin uçuşu təyinat məntəqəsində əlverişsiz hava şəraiti səbəbindən (güclü duman) gecikirdi.
***
Naxçıvan Muxtar Respublikasının hava limanını bürüyən sıx duman səbəbindən Bakıdan Naxçıvana üç reysi gecikir.
Saat 07:00-da Bakıdan Naxçıvana uçmalı olan J2-251, 11:50-də uçmalı J2-253 və 16:40-da uçmalı J2-255 reysləri təxirə salınıb.