XƏBƏRLƏR / Nəqliyyat

Bakı-Naxçıvan avtobus reysləri təxirə düşüb

Bu barədə AYNA-dan bildiriblər

Bakı-Naxçıvan avtobus reysləri təxirə düşüb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Qarlı hava şəraitinə baxmayaraq Bakı Beynəlxalq Avtovağzal Kompleksi vətəndaşlara fasiləsiz xidmət göstərir.

    AYNA-dan bildirilib ki, İran İslam Respublikasında olan hava şəraiti və yolların vəziyyəti səbəbindən 14 və 15 yanvar tarixlərində Bakı-Naxçıvan avtobus reysləri təxirə salınıb.

    Gün ərzində hərəkət cədvəlinə uyğun digər müntəzəm reyslərin həyata keçirilməsi üçün müvafiq tədbirlər görülür.