XƏBƏRLƏR / Nəqliyyat

Bakı-Sumqayıt qatarlarında biznes vaqonlar ləğv edilir

İyulun 1-dən həm də Abşeron dairəvi dəmir yolu xəttində reyslərə kağız biletlərin satışı dayandırılır

Bakı-Sumqayıt qatarlarında biznes vaqonlar ləğv edilir
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Bununla yanaşı, Abşeron dairəvi dəmir yolu xətti üzrə hərəkət edən qatarların ekonom vaqonlarında müşahidə olunan sərnişin sıxlığının aradan qaldırılması məqsədilə 01 iyul 2023-cü il tarixindən etibarən biznes vaqonundan ekonom vaqon kimi istifadə olunması təmin olunacaq.

    “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətindən (ADY)Trend-ə verilən məlumata görə, bu halda ödəniş ekonom vaqon üçün müəyyən olunmuş tarif üzrə həyata keçiriləcək.

    İyulun 1-dən həm də Abşeron dairəvi dəmir yolu xəttində reyslərə kağız biletlərin satışı dayandırılacaq.

    “Azərbaycan Dəmir Yolları” QSC həm köşklərdə, həm də kassalarda növbələrin aradan qaldırılması, həm də ətraf mühitə qayğı baxımından belə bir qərar qəbul edib.