Bakı və London arasında iqtisadi məsləhətləşmələr keçirilib
Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" şəbəkəsində yazıb
Azərbaycan və Böyük Britaniya arasında iqtisadi məsləhətləşmələr keçirilib.
Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda Böyük Britaniyanın Biznes və Ticarət Departamentində İnvestisiya üzrə Dövlət Naziri Lord Stokvud ilə görüşüb.
Tərəflər ticarət, enerji təhlükəsizliyi, yaşıl enerji, innovasiya və rəqəmsallaşdırma sahələrində birgə fəaliyyət perspektivlərini, eləcə də qarşılıqlı investisiyaların daha da təşviq edilməsi üçün mümkün addımları müzakirə ediblər.
Qeyri-neft sektorunun inkişafı, texnologiya transferi, kiçik və orta sahibkarlığın dəstəklənməsi, özəl sektorun gücləndirilməsi və kapital bazarlarına çıxışın asanlaşdırılması da daxil olmaqla, əməkdaşlığın prioritet sahələri də müəyyən edilib.
1 dəqiqədən az