Bakıya 100 yeni elektriklə işləyən avtobus gətirilir
Bunu Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin idarə heyətinin sədri Anar Rzayev deyib
Bakıda 100 yeni elektriklə işləyən avtobus istismara veriləcək.
Bunu Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin idarə heyətinin sədri Anar Rzayev “Biznes Mühitinin Yaxşılaşdırılması üzrə İqtisadi İslahatlar və Müasir Çağırışlar” konfransında çıxışı zamanı deyib.
O bildirib ki, cari ildə avtobus parkı yenilənəcək, yeni velosiped yolları salınacaq.: “Bundan başqa, Bakı Taksi Xidməti” MMC-ə məxsus 150 ədəd elektrik mühərrikli taksi alınacaq”.