XƏBƏRLƏR / Hava

Bakıda 20 dərəcə isti var, yağış yağacaq

Milli Hidrometeorologiya Xidməti xəbər verir

Bakıda 20 dərəcə isti var, yağış yağacaq
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Hazırda Bakıda və Abşeron yarımadasında havanın temperaturu 20 dərəcə istidir, cənub-şərq küləyi əsir, küləyin sürəti 13 m/s-dir.

    Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, saat 11:00-13:00 radələrində bəzi yerlərdə qısamüddətli az yağış yağacağı, ehtimal olunur. Cənub-şərq küləyinin 15-17 m/s-yə çatacağı, havanın temperaturunun 21-23 dərəcə isti olacağı gözlənilir.