Bakıda bir adama cəmi 5 kvadrat metr yaşıllıq düşür
Bunu ekolologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva Xankəndidə deyib
Ekoloji problem hələ də qalmaqdadır.
Bunu ekolologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva Xankəndidə keçirilən elmi-praktiki konfransda deyib.
O bildirib ki, problemlərin həlli üçün böyük işlər görülməlidir, böyük maliyyə lazımdır:
"Bunlar mərhələli şəkildə həyata keçirilir. Problemlərin həlli üçün yeni texnoloji işlər aparılır. Ətraf mühitə olan risklər də müşahidə olunur. Qanunvericiliyin təkmilləşməsi və maarifləndirmə aparılmasının müsbət nəticələri müşahidə edilir.
Məlumat üçün bildirim ki, Bakıda orta hesabla bir adama 5 kvadrat metr yaşıllıq düşür. Norma burada 20-25 kvadrat metrdir. Görüləsi işlər çoxdur. Yaşıllıqların artırılmasına bütün dövlət orqanları qoşulur. Bu, çox müsbət haldır".