XƏBƏRLƏR / İctimaiyyət

Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir

Bu gün Dövlət Bayrağı Günüdür

Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Müdafiə nazirinin təsdiq etdiyi plana əsasən, 9 Noyabr - Dövlət Bayrağı Günü ilə əlaqədar Bakının mərkəzi küçə, prospekt və meydanlarında hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir.

    Hərbi qulluqçular noyabrın 9-da saat 13:00-dək Heydər Əliyev Sarayı - Bülbül prospekti - Nizami Kino Mərkəzi - Neftçilər prospekti - Azadlıq meydanı - Dəniz vağzalı, Şəhidlər Xiyabanı - “Alov Qüllələri” Kompleksi - Çəmbərəkənd parkı – “İçərişəhər” metrosu - İçərişəhər Qala Qapısı - Azərbaycan Dövlət Kukla teatrı, Azneft dairəsi - Bəhram Gur heykəli, Nərimanov heykəli - Mərkəzi Park - Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı - Qış Parkı - Heydər Əliyev Sarayı - Mərkəzi Bank – “28 Mall” Ticarət mərkəzi, “Olimpik Star” İdman və Əyləncə Mərkəzi - Səməd Vurğun küçəsi - Zabitlər parkı - Bakı Dövlət Sirki - Heydər Əliyev Sarayı - İmadəddin Nəsimi heykəli - Neftçilər prospekti, Q.Musabəyov parkı - Əbdürrəhim Bəy Haqverdiyev küçəsi - Hüseyn Cavid prospekti - Hüseyn Cavid parkı - Parlament pospekti - Şəhidlər xiyabanı marşrutları üzrə yürüş edirlər.