XƏBƏRLƏR / İctimaiyyət

Bakıda IV beynəlxalq minatəmizləmə konfransı keçirilir

Prezident İlham Əliyev konfrans iştirakçılarına müraciət ünvanlayıb

Bakıda IV beynəlxalq minatəmizləmə konfransı keçirilir
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Sentyabrın 2-də Bakıda Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) və BMT-nin Azərbaycandakı nümayəndəliyinin birgə təşkilatçılığı ilə "Şəhərlərin bərpası üçün humanitar minatəmizləmə: Təhlükəsiz yaşayış məskənləri üçün mükəmməllik standartlarının müəyyənləşdirilməsi" mövzusunda IV Beynəlxalq Minatəmizləmə Konfransı işə başlayıb.

    Prezident İlham Əliyevin konfrans iştirakçılarına ünvanladığı müraciət  Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev tərəfindən səsləndirilib.

    Tədbirdə “Şəhərlərin bərpasının təməlində mina fəaliyyəti”, “Azərbaycanda təhlükəsiz mina fəaliyyətinin dəstəklənməsi üçün beynəlxalq əməkdaşlıq və donor mexanizmləri”, “Dayanıqlı icmalar üçün humanitar minatəmizləmə” mövzusunda panel müzakirələr keçiriləcək.

    Həmçinin konfrans çərçivəsində ANAMA ilə ASEAN Regional Minalarla Mübarizə Mərkəzi arasında Anlaşma Memorandumunun imzalanması gözlənilir.

    Konfransın işinə sentyabrın 3-də yekun vurulacaq.