XƏBƏRLƏR / Hava

Bakıda külək güclənəcək, yağış intensivləşəcək

Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib

Bakıda külək güclənəcək, yağış intensivləşəcək
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Mayın 7-si səhərədək şimal-qərb küləyinin 15-20 m/s, bəzi yerlərdə arabir 23-25 m/s-dək güclənəcəyi gözlənilir.

    Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

    Bildirilib ki, 6-sı axşamdan 8-i gündüzədək fasilələrlə yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində qısa müddətə intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var. 7-si axşam yağıntıda fasilə olacaq.