XƏBƏRLƏR / Hava

Bakıda küləkli hava şəraiti davam edəcək

Azərbaycan Milli Hidrometeorologiya Xidməti xəbbər verir

Bakıda küləkli hava şəraiti davam edəcək
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • İyulun 11-də Bakıda və Abşeronda hava əsasən yağıntısız olacaq, arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 19 +24, gündüz müsbət 26 +31 dərəcə olacaq, Azərbaycan Milli Hidrometeorologiya Xidməti bildirib.

    Azərbaycanın dağlıq və dağətəyi rayonlarında arabir yağış yağacaq, ayrı-ayrı yerlərdə leysan olacaq, şimşək çaxacaq, dolu düşəcəyi ehtimalı var.

    Bəzi rayonlarda gecə və səhər şərq küləyi güclənəcək.

    Havanın temperaturu gecə müsbət 21 +26, gündüz müsbət 30 +35 dərəcə olacaq. Dağlarda gecə müsbət 10 +15, gündüz müsbət 15 +20 dərəcə gözlənilir.