XƏBƏRLƏR / Hava

Bakıda küləyin sürəti saniyədə 22 metrə çatır

Faktiki hava

Bakıda küləyin sürəti saniyədə 22 metrə çatır
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Sentyabrın 25-i saat 9:00-a olan faktiki hava açıqlanıb.

    Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib. Lakin Quba-Qusar bölgəsinin bəzi yerlərində arabir yağış yağır.

    Düşən yağıntının miqdarı Qusarda 7, Xaçmaz və Qubada 1 millimetrədək qeydə alınır.

    Hazırda şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti saniyədə Bakıda və Abşeron yarımadasında 22, Neftçalada 20 metrə çatır.