XƏBƏRLƏR / Hava

Bakıda leysan yağacaq, şimşək çaxacaq

Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib

Bakıda leysan yağacaq, şimşək çaxacaq
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Bakıda və Abşeron yarımadasında aprelin 23-ü axşam, 24-də gecə bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.

    Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

    Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağıntının qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimal olunur.